Rusiyada qəsdən törədilən ağır cinayətə görə vətəndaşlığın ləğv edilməsi təklif olunub.

Belə bir təkliflə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin çıxış edib.

O qeyd edib ki, bu cür tədbirlər hər hansı qəsdən törədilən ağır cinayət halında görülməlidir.

"Biz bu siyahının əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək hər hansı qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətin törədilməsini də daxil etməyi təklif edirik".

Bastrıkinin sözlərinə görə, burada söhbət sonradan əldə olunmuş RF vətəndaşlığından gedir:

“İstintaq Komitəsinin mövqeyi budur ki, cinayət törədən vətəndaşlar dövlətlə siyasi və hüquqi əlaqələrini itirirlər və buna görə də belə bir vəziyyətdə qazanılmış vətəndaşlığı saxlamaq cəmiyyətin etimadını sarsıdır".

Qeyd edək ki. Rusiyada mövcud qanunvericiliyə görə, vətəndaşlığa xitam verilməsi üçün əsasların siyahısına terrorçuluq cinayətləri, eləcə də ictimai təhlükəsizliyə, cinsi toxunulmazlığa qarşı müəyyən hərəkətlər və digərləri daxildir.

.