Rusiyanın Perm şəhərində məktəbdə baş verən kütləvi davadayaralanların sayı 15 nəfərə çatıb.

Yenizaman.az TASS-a isitinadən xəbər verir ki, məlumatı Perm Şəhəri Adminstrasiyasının mətbuat xidməti yayıb.

Yaralıların 12-si xəstəxanaya yerləşdirilib. Onlardan biri məktəbin müəllimi, digərləri şagirdlərdir. Müəllimdava edənləri ayıran zaman bıçaqlanıb.

İnfromasiyaya əsasən, bu məktəb 1965-ci ildən fəaliyyət göstərir. Pedaqoji kollektiv 65 müəllimdən ibarətdir. Məktəbdəki 47 sinifdə 1216 şagird təhsil alır.


*** 

Rusiyanın Perm şəhərində məktəbdə baş verən hadisənintəfərrüatı məlum olub.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, şəhərin Motovilixin rayonunda yerləşən 127 saylı məktəbinşagirdləri arasında kütləvi dava düşüb.

Davanın səbəbləri barədə məlumat yayılmayıb.

Rusiya KİV-də yayılan digər məlumata görə,hadisənin təşkilatçısı vaxtilə həmin təhsil müəssisəsində oxumuş16 yaşlı gəncdir.

Hadisə ilə əlaqədar Perm Diyarının qubernatoru Maksim Reşetnikovun rəhbərliyi iləəməliyyat qərargahı yaradılıb.


*** 

Rusiyanın Perm şəhərində maskalı şəxslər məktəbə hücum ediblər.

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə şəhərin Motovilixin rayonunda yerləşən127 saylı məktəbdəbaş verib.

Maskalı iki kişi tərəfindən məktəbəhücum olub. Nəticədə 8 uşaq və 1 müəllim bıçaq xəsarəti alıb. Bir şagirdin və qadın müəllimin vəziyyəti ağırdır.

Perm Təhlükəsizlik İdarəsindənbildirilib ki, hücum edənlər tutulublar.

Hücumun motivləri hələlik məlum deyil.

.