Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər.
Yenizaman TASS-a istinadən xəbər verir ki, insident Volqoqrad vilayətindəki ciddi rejimli islah koloniyasında baş verib.
"Cəzaçəkmə müəssisəsinin intizam komissiyasının iclasında işçilər bir neçə məhbus tərəfindən girov götürülüb", - Rusiya Cəzaların İcrası Federal Xidmətindən bildirilib.
Bəzi Rusiya KİV-in məlumatına görə, üç nəfər ölüb, ən azı iki nəfər qaça bilib.
.