Rusiyada “Qəhrəman Ana” fəxri adı bərpa olunur.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, Rusiyada “Qəhrəman Ana” fəxri adının bərpasının zəruriliyini bəyan edib.

Rusiya Prezidentinin sözlərinə görə, bu adı alan qadınlara ödəniş 1 milyon rubl olacaq.

“Çoxuşaqlı ailələrə medal üçün birdəfəlik ödəniş 200 min rubl, “Valideyn Şöhrəti” ordeninə görə 500 min rubl, "Qəhrəman Ana" fəxri adına görə ödəniş 1 milyon rubl olacaq”, - Rusiya Prezidenti vurğulayıb.

.