Rusiyanın Novosibirsk vilayətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin “Kobalt-2024” hərbi təlimləri başlayıb.
TASS-ın xəbərinə görə, Ermənistan bu dəfəki manevrlərdə də iştirak etmir.
Qeyd edək ki, adı çəkilən ölkənin mətbuatı ordunun bu təlimlərə qatılmayacağı ilə bağlı xəbərləri avqustun əvvəlindən etibarən tirajlayır.
Sözügedən hərbi manevrlərin avqustun 14-dən 16-dək keçirilməsi nəzərdə tutulub.
.