Rusiyanın N.F.Qamaley adına Milli Tədqiqat Mərkəzində yaradılan koronavirusa qarşı peyvənd ekspertizaya təqdim edilib. Peyvənd 10-12 avqustda qeydiyyata alına bilər.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Nəşr qeyd edib ki, peyvənd bundan sonra hələ “Roszdravnadzor”da da 5-7 gün yoxlanıla bilər.

“Bundan sonra gözlənildiyi kimi, avqustun 15-də peyvənd dövriyyəyə buraxıla bilər”, - nəşr bildirib.

.