
Rusiyanın paytaxtı Moskvada Rusiyanın ilk pilotsuz tramvayı istismara verilib.
Yenizaman bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Təntənəli açılış mərasimindən əvvəl müasir nəqliyyat vasitəsinin 3 mərhələdə sınağı həyata keçirilib. Sınaqların bəzilərində hər ehtimala qarşı sürücülər də iştirak ediblər.
Pilotsuz tramvayın şəhərin şimal-qərbində 10 saylı marşrut üzrə sərnişin daşıyacağı deyilir.
Açılış mərasimində iştirak edən Moskva meri Sergey Sobyanin ilin sonuna kimi Moskvada daha 3 pilotsuz tramvayın istismara veriləcəyini, 2026-cı ilin sonuna kimi isə onların ümumi sayının 15-ə çatdırılacağını vurğulayıb.
.