
Rusiyanın Amur bölgəsində içərisində 43 nəfərin olduğu “An-24” təyyarəsi ilə əlaqə kəsilib.
Yenizaman Rusiya mediasına istinadən xəbər verir ki, xilasedicilər “An-24”-ün axtarışı üçün Amur vilayətinin Tında rayonuna gedib.
“An-24”-ün Tında hava limanından bir neçə kilometr məsafədə radardan itdiyi bildirilir.
Rusiya FHN xəbəri təsdiqləyib. Təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edib.
Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 5-i uşaq və 6 ekipaj üzvü olmaqla 43 sərnişin var.
.