Rusiyada gələn aydan etibarən yeni yaradılmış sosial şəbəkə olan “MAX” platforması bütün mobil telefon və tabletlərə yüklənməlidir.

“Reuters“  xəbər verir ki, bu barədə Rusiya hökuməti bəyanat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyada “WhatsApp” və “Telegram” sosial şəbəkələrində bəzi məhdudiyyətlər tətbiq edilib.

Moskva bu platformaları istifadəçi məlumatlarını hökumətlə bölüşməməkdə günahlandırır və bunun terrorizm, həmçinin dələduzluq hallarının araşdırılmasına mane olduğunu iddia edir.

Məhz bu səbəbdən Rusiya sözügedən platformalara rəqib olaraq “MAX” tətbiqini ərsəyə gətirib.

.