Rusiyanın Vladimir vilayətinin Aleksandrov rayonunda martın 3-də gecə saatlarında xüsusi evdə baş verən yanğın nəticəsində 4 uşaq həyatını itirib.

"İnterfax” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Regional idarəsi məlumat yayıb.

Bildirilib ki, ölən uşaqlardan ən böyüyünün 6, ən kiçiyinin 3 yaşı olub.

"Yanğından kişi və qadın, eləcə də 2010-cu ildə anadan olmuş qız xilas edilib”, - deyə məlumatda qeyd olunub.

Vilayətin Strunino şəhərinin Aleksandr rayonunda martın 3-də gecə saat 00.43-də (Bakı vaxtı ilə saat 01.43) baş vermiş yanğınla bağlı məlumat verilib. Yanğın bir neçə saat sonra - 03.20-də (Bakı vaxtı ilə saat 04.20) söndürülüb.
.