Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 998 nəfər artaraq 302 269-a yüksəlib.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 24 703 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 343 353 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 180 379 nəfər sağalıb.

.