Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsi veteranlarını təhqir etməyə görə cəzanın sərtləşdirilməsi haqda qanunu imzalayıb.

Qanun Rusiyanın hüquq-informasiya internet portalında dərc olunub.

Qanuna görə, İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqının fəaliyyəti və Böyük Vətən müharibəsi veteranları haqqında yalan məlumatların yayılmasına görə vətəndaşları 3 milyon rubla qədər cərimə və 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

.