Rusiya Vəkillər Kollegiyası yeni insan hüquqları məhkəməsinin yaradılması üzərində işləyir.

Bu barədə Kollegiyanın sədri Sergey Stepaşin bildirib.

“İndi biz işçi qrupunun yaradılması mexanizmini işə salmışıq, artıq hüquq-mühafizə orqanları, Prezident Administrasiyası bizə dəstək verib. İnsan hüquqlarının müdafiəsi üçün alternativ məhkəmənin yaradılması istiqamətində ciddi işlərin aparıldığı barədə məruzə olunmuşdu”, deyə Stepaşin vurğulayıb

O, Rusiyanın Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından çıxdığını xatırladıb: “Rusiya düzgün etdi, çünki Avropa İnsan Haqları Məhkəməsi hüquqi normalara deyil, siyasi mülahizələrə əsaslanan qərarlar qəbul edirdi”.

Stepaşin yeni məhkəmənin BRICS, MDB və ya Avropa İqtisadi Birliyi formatında təşkil oluna biləcəyini də qeyd edib.
 

.