2009-cu ildən Rusiyada adam öldürməyə görə axtarılan azərbaycanlı Bakıda saxlanılıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, 2009-cu il avqustun 12-dən Rusiya Federasiyasının 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda 1979-cu il təvəllüdlü Müqabil Abbasoylu saxlanılıb.
Nərimanov rayonu ərazisində yerləşən ASAN xidmətə sənəd işlərini həll etmək üçün müraciət edən M.Abbasoylu mühafizə xidməti tərəfindən saxlanılıb.
Qətldə təqsirləndirilən şəxs Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarına təhvil verilib.
.
