Hadisə aprelin 10-da Leninqrad vilayətinin Zanevka kəndində baş verib. 3 yaşlı uşaq atasına məxsus "Lexus” markalı avtomobildən tapdığı və oyuncaq hesab etdiyi travmatik tapançadan atəş açıb. Atəş nəticəsində körpə boyun nahiyəsindən ağır dərəcəli xəsarət alıb.
Rusiya mətbuatının yazdığına görə, körpə təcili olaraq Sankt-Peterburqdakı Uşaq Tibb Akademiyasına yerləşdirilib, hazırda reanimasiyadadır.
Uşağın 38 yaşlı atası barədə isə inzibati qaydada silah saxlama qaydalarının pozulması ilə bağlı protokol tərtib edilib.
.
