"Xəzər mövzusu hər zaman Azərbaycan və İranla müzakirə olunur".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Rusiya Azərbaycan və İranla Xəzər mövzusunu hər zaman müzakirə edir. Həqiqətən də bu mövzu bizim ölkə üçün aktualdır", - deyə Rusiya XİN sözçüsü qeyd edib.
