İranın Xəzər dənizindəki Ənzəli limanının bombalanması Rusiyanın və digər Xəzəryanı dövlətlərin iqtisadi maraqlarına təsir göstərir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Rəsmi Moskva bu hərəkətlərin Xəzəryanı dövlətləri hərbi münaqişəyə cəlb etmək riskini yaratdığını bəyan edib.

Rusiya XİN Yaxın Şərqdə hərbi əməliyyatların dərhal dayandırılması və siyasi nizamlanma səylərinin bərpası üçün qətiyyətli çağırışını təkrarlayıb.

.