Qərbin Ukraynaya hər hansı silah tədarükünün zəruriliyi ilə bağlı bəyanatlarının eskalasiyaya gətirib çıxaracağı qaçılmazdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Rusiya XİN sözçüsü The New York Times qəzetinin "ABŞ administrasiyası Krıma hücum etmək üçün Kiyevi əlavə silahlarla təmin etmək variantlarını nəzərdən keçirir" məqaləsinə diqqət çəkib.

Zaxarova həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin tərəfdaşlara Ukrayna tərəfinə istifadə edə biləcəyi istənilən silahı verməklə bağlı müraciətini xatırladıb.

“Biz bütün bunları Qərbin açıq təxribatçı təhrikləri və münaqişədə "stavka"ların artırılması kimi qiymətləndiririk ki, bu da itkilərin artmasına və təhlükəli eskalasiyaya gətirib çıxaracaq”, - deyə rusiyalı diplomat vurğulayıb.

.