“Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsində 26 noyabr tarixli Soçi razılaşmasından irəli gələrək çıxış edir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Avropa İttifaqının sədri Şarl Mişelin sərhədlərin delimitasiyası prosesində Aİ ekspertlərinin iştirakı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

O, Soçi razılaşmasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı tərəflərin xahişi əsasında Rusiyanın yardımı ilə ikitərəfli komissiyanın yaradılması haqda qeyd olduğunu xatırladıb: “Bununla yanaşı, biz Azərbaycan-Ermənistan ikitərəfli münasibətlərinin normallaşmasına istiqamətlənən beynəlxalq səyləri alqışlayırıq. Burada çox vacib və əsas məsələ regional reallıqların nəzərə alınması və Bakı və İrəvanın razılığının olmasıdır. Öz tərəfimizdən həm Azərbaycana, həm də Ermənistana lazımi yardım göstərməyi davam etdirməyə hazırıq”.

.