“ABŞ siyasətini dəyişməzsə, Vaşinqtonun düşmən fəaliyyətinin qarşısının alınması üçün sərt fəaliyyət göstərəcəyik”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Ölkənin xarici işlər naziri Sergey Lavrovun yanvarın 14-də keçirdiyi mətbuat konfransında jurnalistlərin səsləndirdiyi sualları bu gün yazılı formada cavablandıran XİN-dən qeyd olunub ki, ya Moskva və Vaşinqton Rusiyanın prioritetlərini nəzərə almaqla daha poztiv gündəliklə bağlı razılaşır, ya da qarşıdurma daha da artacaq.

“Rusiya ilə ABŞ arasında qeyri-müəyyən fikir ayrılığı yoxdur. Sadəcə olaraq amerikalı həmkarlardan siyasi idarə göstərmək tələb olunur”, - XİN-dən bildirilib.

Qeyd edək ki, hazırda İsveçrənin Cenevrə şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilir.

.