Qarabağ ermənilərinin əksəriyyəti regionu könüllü tərk edib.

Bu barədə TASS agentliyinə müsahibəsində Rusiya XİN-in başçısının müavini Mixail Qaluzin bildirib. O deyib: “...Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, onların ağır, lakin könüllü seçimi idi”.

RF xarici işlər nazirinin müavini əlavə edib ki, Rusiya Azərbaycanda konsulluq fəaliyyətinin genişləndirilməsi məsələsi üzərində işləyir. Diplomat vurğulayıb: “Diplomatların MDB dövlətlərində fəaliyyətinin spesifikası hər şeydən əvvəl ondan ibarətdir ki, həmin dost ölkələri bizimlə çoxəsrlik ortaq tarix, bir-birinin ənənələrinin dərindən başa düşülməsi, ümumi mədəniyyət və rus dilinə münasibət birləşdirir”.

.