Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatına münasibət bildirib.

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, bu cür bəyanatlar vermək Ermənistanın və onun xalqının səlahiyyətidir:

“Biz Ermənistan Baş nazirinin bəyanatına 2020-ci ilin 7 oktyabr tarixində Praqa sammitində tutduqları mövqenin təsdiqi kimi baxırıq. O zaman birgə bəyanat qəbul olunmuşdu və həmin bəyanatda 1991-ci ilin Almatı Bəyannaməsinə istinad vardı. Hansı ki, həmin bəyannamədə seçmiş sovet respublikaları arasındakı sərhədlər dövlətlərarası sərhədlər kimi tanınır”.

.