Rusiya Xarici İşlər Nazirliyi (XİN) ölkəyə girişi qadağan edilmiş 963 ABŞ vətəndaşının siyahısını dərc edib.

TASS-a istinadən verdiyi xəbərə görə, siyahıda ABŞ Prezidenti Co Bayden, Vitse-prezident Kamala Harris, Dövlət katibi Entoni Blinken, Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey və daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi tərəfindən ölkəyə giriş qadağası elan edilmiş digər ABŞ rəsmilərinin daxil olduğu 963 nəfərin adı əlavə olunub.

Siyahıya həmçinin ABŞ Prezidentinin oğlu Hanter Baydenin, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi, Dövlət Departamentinin sözçüsü Ned Prays və Ağ Evin keçmiş nümayəndəsi Cen Psaki də daxil olmaqla, bir sıra ABŞ nazirləri və onların müavinləri daxildir.

.