NATO-nun genişlənməməsi ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş əldə edilməyib.

Bunu Cenevrə danışıqlarından sonra jurnalistlərin suallarını cavablandıran Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“NATO-nun genişlənməməsi ilə bağlı əsas məsələdə deyərdim ki, heç bir irəliləyiş əldə olunmayıb”, - deyə rusiyalı diplomat brifinqdə vurğulayıb.

Qeyd edək ki, yanvarın 9-10-da Rusiya və ABŞ Cenevrədə Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri ilə bağlı məsləhətləşmələr aparıb. Danışıqlar daha sonra Brüsseldə Rusiya-NATO Şurasının iclası və Vyanada Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında məsləhətləşmələr formatında davam edəcək.

Rusiya Ukrayna və Gürcüstanın heç vaxt NATO üzvü olmayacağına dair dəmir zəmanət istəyir

Ukrayna və Gürcüstanın heç vaxt NATO üzvü olmayacaqları ilə bağlı Rusiyaya dəmir zəmanət lazımdır.

Bunu Cenevrədə Rusiya-ABŞ dialoqunda Moskvanı təmsil edən Rusiya xarici işlər nazirin müavini Sergey Ryabkov bildirib.

"Biz vurğulayırıq ki, Ukraynanın heç vaxt NATO üzvü olmayacağına əmin olmaq bizim üçün mütləq vacibdir. Biz istərdik ki, 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş formul - NATO-nun Madrid formulu geri götürülsün və aşağıdakılarla əvəz edilsin: "Ukrayna və Gürcüstan heç vaxt Şimali Atlantika Alyansının üzvü olmayacaq. Biz boş söhbətlər aparmaqdan, yarı vədlərdən, tez-tez bağlı qapılar arxasında danışıqlarda baş verən yanlış şərhlərdən bezmişik. Qarşı tərəfə inanmırıq. Bizə dəmir-beton, hüquqi əhəmiyyətli təminatlar, vədlər yox, zəmanətlər lazımdır , "heç vaxt NATO üzvü olmamalıdır" sözləri lazımdır. Bu, Rusiyanın milli təhlükəsizliyi məsələsidir ", deyə Ryabkov vurğulayıb.

.