Moskva NATO-dan təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavab alacağına ümid edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Rusiya-NATO Şurasının iclasının yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

"Rusiyanın təklifləri yazılı şəkildə təqdim edilib, onlar tamamilə başa düşüləndir və bir-biri ilə bağlıdır. Biz həmçinin NATO ölkələrindən irəli sürdüyümüz təkliflər barədə fikir bildirmələrini gözləyirik. Yaxud da onların niyə qəbuledilməz olduğunu izah etsinlər", - deyə rusiyalı diplomat vurğulayıb.

.