Moskva İranla Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa hazırdır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

O, ölkəsinin İranla Səudiyyə Ərəbistanı arasında təmaslarda ziddiyyətləri aradan qaldırmaq üçün vasitəçi olmağa hazır olduğunu söyləyib: "Moskva həm Səudiyyə Ərəbistanı ilə, həm də İranla təmasdadır. Rusiya hər iki tərəfi bütün ziddiyyətləri dialoq yolu ilə həll etməyə çağırır".

.