ABŞ-ın məsləhətləşmələri dayandırmaq qərarına baxmayaraq, Rusiya strateji sabitlik üzrə dialoqun pozulmayacağına ümid edir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RBK-nın efirində bildirib.
Onun sözlərinə görə, Moskva təhlükəsizlik zəmanətləri və strateji sabitlik üzrə dialoqa hazırdır: “Təəssüf edirik ki, bir neçə gün əvvəl Vaşinqtondakı həmkarlar təmasları dayandırmaq, daha sonraya təxriə salmaq barədə qərar qəbul etdilər və bunu elan etdilər. Ümid edirəm ki, bütövlükdə bu proses pozulmayacaq".
Rusiya XİN: Baydenin münasibətləri kəsmək bəyanatı Moskvanı qorxutmaq cəhdidir
“ABŞ prezidenti Co Baydenin Rusiya ilə münasibətlərin tamamilə kəsilməsi ilə bağlı bəyanatı Rusiyanı qorxutmaq cəhdidir. Heç kim ABŞ-la dialoqu kəsmir”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Bu, bizi qorxutmaq üçün növbəti cəhddir. Amma biz hədə-qorxuya boyun əymirik. Bir daha deyirəm və vurğulayıram ki, biz inamla, sakit işləyirik. Qarşımızda konkret vəzifələr var, onlarla məşğul olacağıq. Heç kim ABŞ-la dialoqu kəsmir. Bu dialoqun formatları, kanalları ayrı məsələdir və bu kanalların konfiqurasiyası bizim qarşımızda duran vəzifələrin xüsusiyyətlərindən asılıdır”, - Ryabkov RBK-ya müsahibəsində bildirib.
Qeyd edək ki, Co Bayden Rusiya-ABŞ münasibətlərinin tamamilə kəsilmə dövrünü yaşadığını bildirib.
.
