“Şimal axını” kəmərlərinin zədələnməsi ilə nəticələnən qəzalar və bu qəzalardan sonra baş verən sızmalar ABŞ kəşfiyyatın nəzarət etdiyi ərazilərdədir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Соловьев Live” YouTube şousunun efirində deyib.

Qəzaların baş verdiyi ərazilər haqda danışan Zaxarova bildirib: “Hadisənin baş verdiyi ərazilərə gəlincə isə, bu İsveç və Danimarka ticarət-iqtisadi zonalarıdır. Bu həmin ərazilərdir ki, NATO-ya daxildir və ABŞ silahlı qüvvələri və ABŞ xüsusi xidmət orqanları tərəfindən qorunur”.

Zaxarova onu da əlavə edib ki, qəza baş vermiş ərazilərə tamamilə ABŞ xüsusi xidmət orqanları nəzarət edir.

.