Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə keçirilmiş üçtərəfli işçi qrupun 8 iclasının nəticələrinə görə hesabat təqdim edilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının ildönümü münasibəti ilə yaydığı bəyanatda deyilir.

Hesabatda Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yollarının açılması məsələsinə toxunulur. Bildirilir ki, qonşu ölkələrin nəqliyyat kommunikasiyalarına çıxışın əldə edilməsi regionun tranzit cəlbediciliyini artırır, əlavə sərmayə qoyuluşuna şərait yaradır.

.