Rusiya Xarici İşlər Nazirliyi (XİN) Baltikyanı ölkələrin Moskvadakı səfirliklərinin 10 diplomatını “arzuolunmaz şəxs” elan edib.
Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Litva səfirliyinin 4, Latviya səfirliyinin 3 və Estoniya səfirliyinin və Sankt-Peterburqdakı Baş konsulluğunun Pskov İdarəsinin 3 nümayəndəsinin akkreditasiyası dayandırılıb.
Onlar Rusiya diplomatik missiyasının əməkdaşlarının Baltikyanı ölkələrdən çıxması üçün nəzərdə tutulmuş eyni müddət ərzində Rusiya Federasiyası ərazisini tərk etməlidirlər.
***
Rusiya XİN Latviyanın 3 diplomatını “arzuolunmaz şəxs” elan edib
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Latviyanın bu ölkədəki səfirliyinin 3 diplomatını “arzuolunmaz şəxs” elan edib.
Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkevics bildirib.
“Rusiya Federasiyası 3 latviyalı diplomatı Moskvadakı səfirliyimizdən əsassız olaraq xaric edir”, - nazir qeyd edib.
.
