Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhədində missiya yerləşdirmək məsələsinin müzakirəsinə qayıtmağa hazırdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri üzrə Birinci departamentinin direktoru Mikael Ağasandyan “RİA Novosti“yə müsahibəsində deyib.

Onun sözlərinə görə, təşkilat rəsmi İrəvanın müsbət cavabını və bu təklif üzrə əsaslı işlərin, müttəfiqə kömək üçün digər birgə tədbirlərin həyata keçirilməsinin bərpasını gözləyir.

Ağasandyanın fikrincə, Rusiya əmindir ki, müvafiq qərarların qəbulu regiondakı ümumi vəziyyətə müsbət təsir göstərəcək. Qərb dövlətləri isə Rusiyaya və bu ölkənin Cənubi Qafqazdakı mövqelərinə maksimum ziyan vurmaq üçün onun ən yaxın müttəfiqlərinə, o cümlədən Ermənistana siyasi və iqtisadi təzyiq göstərməyə çalışırlar.

.