Kiyev Rusiyanın təklif etdiyi müqavilə layihəsinə cavab verməyib.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Moskvanın təklif etdiyi saziş layihəsinə Ukrayna tərəfinin cavabının alınıb-alınmaması ilə bağlı sualı cavablandıran nazir müavini Kiyevdən cavab gəlmədiyini söyləyib.

Rudenko bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar davamlı aparılmır, Kiyev faktiki olaraq danışıqlar prosesindən çıxıb: "Danışıqlar davam etmir. Ukrayna faktiki olaraq danışıqlar prosesindən çıxıb".

.