Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıda səfərdədir.

Bu barədə Rusiay XİN-inin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Xovayevin yaxın günlərdə İrəvana da səfər edəcəyini söyləyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker də regionda səfərdədir. Bu gün Ermənistana gələn Rikerin Azərbaycan və Gürcüstana da səfəri nəzərdə tutulur.

.