Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması onların təhlükəsizliyinin möhkəmlənməsinə kömək etməyəcək, bu ölkələr “NATO-nun ön xəttində” olacaqlar.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“NATO-ya üzvlük onların milli təhlükəsizliyini gücləndirmək iqtidarında deyil. Onlar avtomatik olaraq NATO-nun ön xəttində olacaqlar", - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarovanın sözlərinə görə, Finlandiya və İsveç anlamalıdır ki, onların NATO-ya mümkün üzvlüyü Rusiya Federasiyası ilə münasibətlərə və Avropanın təhlükəsizliyinə təsir edəcək.

.