Rusiya cavab tədbiri olaraq Estoniya diplomatını Moskvadan çıxarır.

Bu barədə sentyabrın 4-də Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dəqiqləşdirilir ki, nazirlik Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Marek Yuhtegini çağırıb. Ona Tallindəki Rusiya diplomatik nümayəndəliyinin diplomatının "persona non-grata" elan edilməsindən sonra qəti etiraz bildirilib.

"Qarşılıqlı prinsipindən çıxış edərək, Rusiya tərəfi Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşının ölkədən çıxarıldığını bəyan edib", - məlumatda qeyd olunur.

.