
Rusiya cavab tədbiri olaraq Kalininqraddakı Polşa konsulluğunu bağlayır.
Yenizaman-ın yerli KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Bu addım Polşa tərəfinin əsassız və düşmənçilik hərəkətləri ilə bağlıdır", - məlumatda qeyd olunub.
Nazirlikdə ölkənin müvəqqəti işlər vəkilinə Polşa Baş konsulluğunun fəaliyyətinin dayandırılması barədə nota təqdim edilib.
Notada qeyd olunub ki, Polşa hökumətinin 2025-ci il iyunun 30-dan Rusiyanın Krakovdakı baş konsulluğunun fəaliyyətinə verdiyi razılığını geri çəkməsinə cavab tədbiri olaraq Rusiya tərəfi bu il avqustun 29-dan Polşanın Kalininqraddakı baş konsulluğunun fəaliyyətinə verdiyi razılığını geri çəkir.
.