Rusiya "Teleqram"ın rəhbəri Pavel Durovun azadlığa çıxması üçün beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, beynəlxalq təşkilatlar söz azadlığını qorumaq üçün öz mandatlarını yerinə yetirməlidir.
O, beynəlxalq təşkilatların Parisin Durova qarşı hərəkətlərini pisləməli olduğunu da söyləyib.
.