
"Ukraynadakı böhrana Qərbin Avroatlantikadakı ayrıcı xətləri Şərqə çəkməyə cəhd etməsi olub".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gənclər İctimai Palatasının üzvləri ilə görüşündə deyib.
S. Lavrov ölkəsinin heç kimlə ziddiyət axtarmadığını söyləyib. Bununla yanaşı birdirib ki, Rusiya beynəlxalq hüquq çərçivəsində öz maraqlarını müdafiə edəcək: "Hesab edirik ki, bu, Rusiyanın milli maraqlarının təmin edilməsinə aparan ən optimal yoldur. Əminik ki, tərəfdaşlarımız dünyanın çoxqütblü olması ilə bağlı həqiqəti nə qədər tez qəbul etsə, bir o qədər beynəlxalq münasibətlər sisteminin inkşafı üçün yaxşı olacaq", - deyə Rusiya XİN başçısı bildirib.
.