Rusiya xarici işlər nazirinin müavini Mixail Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfirliyinə gəlib.

Rusiyalı nazir müavini təyyarə qəzası ilə bağlı başsağlığı verib.

"Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə açıqlama vermək hələ ki tezdir. Biz araşdırmaların nəticələrini gözləyirik və bu mövzuda spekulasiyalara yol vermək olmaz.

Əvvəla, dekabrın 25-də Aktau şəhəri yaxınlığında “Azal” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya Federasiyasının rəhbərliyindən Azərbaycan rəhbərliyinə, qardaş Azərbaycan xalqına istərdim ki, buşsalığı verim və ən böyük təəssüf hissimi çatdırım. bizim üçün bu ümumi faciədir. Onu deyə bilərəm ki, bildiyimə görə, Aktauda müvafiq komissiya işləyir. Rusiya və Azərbaycanın səlahiyyətli orqanları əlaqə saxlayır. Araşdırma aparılır və biz Rusiya tərəfi ondan çıxış edirik ki, hər hansı şərh verməzdən əvvəl rəsmi araşdırmanın nəticələrini gözləməliyik. Onlar məlum olmazdan əvvəl şərh vermək olmaz. hər hansı tələsik, vaxtından əvvəl nəticələrə gəlmək, və daha çox insanların kədəri haqqında spekulyasiya etmək cəhdləri tamamilə qəbuledilməzdir".

.