ABŞ-ın nüvə silahlarının Avropada olması Rusiya üçün qəbuledilməzdir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Onları evə qaytarmağın vaxtıdır!”, - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Rusiyada yerüstü orta və qısa mənzilli raketlərin olmadığını da əlavə edib.

Avropanın Rusiyaya qarşı sanksiyalarından danışan Lavrov deyib ki, Avropa İttifaqı ölkələri sanksiya yolunu seçərək üzbəüz vicdanlı dialoqdan qaçmağa çalışırlar.

Rusiya XİN başçısı qeyd edib ki, Ukrayna faciəsi orada yaradılmış cinayətkar rejimə qərbli himayədarlarının göz yummasının nəticəsidir.

Lavrov: "Rusiya Ukraynanın nüvə silahına sahib olmaması üçün bütün tədbirləri görür"

Özünün nüvə silahını əldə etmək planlarına başlayan Kiyev hakimiyyəti beynəlxalq təhlükəsizliyi təhdid edir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Rusiya Federasiyası Ukraynanın nüvə silahı əldə etmək istəyi ilə bağlı real təhlükəyə reaksiya verməyə bilməz və bunun qarşısını almaq üçün bütün tədbirləri görür”, - Rusiya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

.