“Rusiyanın hərəkətləri dünyada ərzaq problemlərinə təsir göstərmir. Bu problemlər istisnasız olaraq Qərbin qeyri-qanuni sanksiyaları ilə bağlıdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov omanlı həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Bizim hərəkətlərimiz indicə qeyd olunan problemlərə heç bir şəkildə təsir etməyib, edə də bilməz. Bu problemlər istisnasız olaraq Qərb ölkələrinin tətbiq etdiyi qadağalar, qeyri-qanuni sanksiyalar nəticəsində yaranıb”, deyə Rusiya XİN başçısı qeyd edib.

Lavrov: “Qərb daim Moskvanın “məğlub edilməli” olduğunu söyləyir”

Rusiya Avropada müharibə istəmir. Lakin Qərb dövlətləri daim Moskvanın “məğlub edilməli” olduğunu söyləyirlər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov omanlı həmkarı ilə danışıqlardan sonra mətbuat konfransında bildirib bildirib.

"Avropada müharibənin baş verməsi sizi narahat edirsə, biz bunu qətiyyən istəmirik. Lakin mən diqqətinizi ona yönəldirəm ki, Qərb dövlətləri daim təkidlə bəyan edirlər ki, “bu vəziyyətə Rusiyaya məğlubiyyətə uğradılmalıdır”. Özünüz nəticə çıxarın”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Ukraynaya görə BMT Baş katibini ittiham edib

BMT Baş katibi Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq fürsətini əldən verib.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Omanın xarici işlər naziri Bədr bin Həməd Əl-Busaidi ilə danışıqların yekununa dair mətbuat konfransında bildirib.

“Çox təəssüf edirəm ki, bu təşkilatın katibliyi, o cümlədən onun Baş katibi uzun 7 il ərzində Kiyev rejiminin Ukraynanın şərqində nizamlanma üzrə Minsk razılaşmalarını təsdiq edən Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsinin açıq təxribatına heç bir reaksiya verməyərək siyasi nizamlanma əldə etmək fürsətini itirmiş oldu”, - Rusiya XİN başçısı vurğulayıb.

.