Artıq xəbər verdiyimiz kimi Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-in Minsk Qrupunun 2013-cü ildəki fəaliyyətini qiymətləndirib. Vitse-spiker açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti konkret nəticələri danışıqlar prosesində öz əksini tapmayıb. İrəliləyiş hesab ediləcək hansısa addımlar atmayıb.
Bahar Muradova bundan əlavə qeyd edib ki, Minsk Qrupunun həmsədri olan ölkələr dünya siyasətinin aparıcı fiqurlarıdır və Ermənistana da kifayət qədər ciddi təsir imkanları olan ölkələrdir. Nəzərə alsaq ki, Ermənistana ciddi təsir imkanlarına malik olan Rusiyadır. Belə çıxır ki, B.Muradova bu məsələdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin sıfıra bərabər olmasında dolayısı ilə Rusiyanı ittiham edib. Lakin Rusiyada Bahar Muradovanın narazı açıqlamasını cavabsız qoymayıb. Elə bu baxımdan da Rusiyanın Xarici İşlər Nazirliyinin 2013-cü il üçün açıqladığı hesabatında bildirilib ki, bu il Rusiya Azərbaycan-Ermənistan yüksək səviyyəli dialoqunun başlanmasında mühüm rol oynayıb. Hesabatda həmçinin qeyd olunur ki, Rusiya MDB məkanındakı münaqişələri siyasi və diplomatik yolla həllinə nail olmaq üçün səylərini davam etdirir. Dağlıq Qarabağ problemi ilə bağlı məqama belə toxunulub: "Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində Rusiyanın atdığı addımalr ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsindədir. Minsk Qrupunun həmsədrlərinin birgə səyləri nəticəsində Azərbaycan-Ermənistan arasında əlaqələrinin bərpası haqqında razılıq əldə edilib”-deyə hesabatda qeyd olunur.
.
