“Bu gün Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 29 ili tamam olur.  Rusiya-Azərbaycan-əməkdaşlığı bütün istiqamətlər üzrə ardıcıl inkişaf edir”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarındakı paylaşımlarında bildirilib.

Qeyd olunub ki, Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır: “Bunu bunu ali və yüksək  siyasi səviyyələrdəki ikitərəfli təmaslarının statistikası təsdiqləyir. Ötən müddət ərzində Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev müxtəlif formatlarda 100-dən çox danışıqlar aparıblar. Hökumət xətti ilə, parlamentlər, profil nazirliklər və qurumlar səviyyəsində aktiv iş aparılır ki, bu Cənubi Qafqaz və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv yardım edir. 2020-ci ildə Rusiya və Azərbaycan mehriban qonşuluq, qarşılıqlı yardım və bərabərhüquqluluq prinsiplərinə əsaslanaraq COVİD-19-la mübarizədə sıx əməkdaşlıq ediblər. Ölkələrimizin səhiyyə nazirləri, digər profil strukturlarının rəhbərləri daim təmasdadırlar. Azərbaycan tərəfinin təklifi ilə birgə vaksin istehsalının təşkilinə Rusiyanın əczaçılıq kompaniyası olan “R-Farm” cəlb olunub. Rusiya Birbaşa İnvestisiyalar Fondunun xətti ilə Azərbaycana “Sputnik V” vaksini partiyasının göndərilməsi üzərində iş aparılır.

İki dövlətin xarici işlər nazirləri arasındakı təmaslar müntəzəm xarakter daşıyır.

2021-ci ilin əvvəlindəki vəziyyətə görə, iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt imzalanıb.

Azərbaycan Rusiyanın MDB ölkələri arasında Avrasiya İqtisadi Birliyinin üzvü olmayan əsas ticarət tərəfdaşıdır. 2024-cü ilə qədər olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafına dair fəaliyyət planı ticari-iqtisadi əməkdaşlığımızın əsasını təşkil edir və bura ticarətdəki maneələrin aradan qaldırılması, nəqliyyat infrastrukturunun inkişafını təmin edən beş yol xəritəsi, birgə elmi intensiv istehsalatların yaradılması, Azərbaycan iqtisadiyyatının səmərəliliyinin artırılması üçün Rusiya texnologiyalarından istifadə, qarşılıqlı turizm mübadiləsinin artması daxildir.

2020-ci ilin noyabrında  innovasiyalı inkişaf və rəqəmsal iqtisadiyyat sahəsindəki əməkdaşlığa dair yeni altıncı “yol xəritəsi” imzalanıb.

Mədəni, humanitar və təhsil sahələrində Rusiya-Azərbaycan əməkdaşlığı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün prioritet sahələrdən biri olaraq qalmaqdadır. Rus dilində təhsil Azərbaycanın məktəblərində və universitetlərində mövcuddur. 2010-cu ildən bu yana Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıdakı filialı və 2015-ci ildən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir.

Rusiyanın digər universitetlərinin, xüsusi ilə də Mosva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun (MQİMO) azərbaycanlı tərəfdaşları əməkdaşlığının quurlması üçün iş aparılır”, deyə Rusiya XİN-in paylaşımında qeyd olunub.

.