
Rusiya Federasiyası ATƏT-in Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupunun fəaliyyətinə son qoymaq qərarını əsaslı hesab edir.
Yenizaman"TASS"a istinadən xəbər verir ki, bunu Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva digər ATƏT üzvləri ilə yanaşı, konsensus əsasında qəbul edilən bu qərarın qəbulunda iştirak edib:
“Düşünürük ki, bu addım bölgədəki vəziyyətin köklü şəkildə dəyişməsi fonunda əsaslı və ədalətlidir”.
Zaxarova əlavə edib ki, Minsk institutlarının fəaliyyətinin dayandırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsus olub.
Xatırladaq ki, sentyabrın 1-də ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edilib