Avropa İttifaqı (Aİ) sammiti göstərdi ki, Brüssel nizamlanma əvəzinə Kiyevi israrla uçurumun kənarına itələyir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Avropa İttifaqı liderləri bu il mayın 30-da qəbul etdikləri bəyanatda, bildiyiniz kimi, Kiyevin blokladığı Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması ssenarisi haqqında yenə bir söz deməyiblər. Əksinə, Aİ məqsədyönlü şəkildə Kiyevi uçurumun kənarına itələyir”- deyə bəyanatda vurğulanıb.

Qeyd olunub ki, Avropa İttifaqı Ukrayna hakimiyyətinin hərbi ambisiyalarını Aİ-yə inteqrasiya kimi qeyri-müəyyən vədlərlə, ölümcül silahların tədarükü və “Brüsselin Rusiyadan müsadirə etməyə çəkinmədiyi özgənin pulları daxil” pul vədləri ilə dəstəkləyir: "Eyni zamanda, Ukrayna neonasist döyüşçülərinin hər gün törətdiyi dəhşətli hərbi cinayətlər və onların mülki əhalini təhqir etməsi ört-basdır edilir".

.