Rusiya tərəfi Ağ Evin hərəkətlərinin İŞİD terrorçularının müdafiəsinə yönəldiyi qənaətinə gəlməyə başlayıb.

APA-nın "Vesti.Ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Suriya ordusuna bu gün endirilən zərbələrdən sonra biz bütün dünya üçün dəhşətli olan bir nəticə çıxardıq – Ağ Ev İŞİD-i müdafiə edir”, - deyə o bildirib.
Zaxarova həmçinin qeyd edib ki, Moskva daha əvvəl Ağ Evin "Cəbhət Fatah əş-Şam” terror qruplaşmasını müdafiə etdiyini bildirib.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı bundan əvvəl beynəlxalq koalisiyaya məxsus aviasiyanın Suriya ordusunun mövqelərinə zərbələr endirməsini etiraf edib.
Qeyd edək ki, dörd hava zərbəsi nəticəsində 62 suriyalı hərbçi ölüb, 100 nəfəri yaralanıb.

Ağ Ev isə beynəlxalq koalisiyanın Suriya ordusuna bilməyərəkdən endirdiyi zərbələrin çoxsaylı insan itkisi ilə nəticələndiyinə görə təəssüfləndiyini bildirib.
APA-nın "Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, təəssüf hissinin əks olunduğu məktub Rusiya tərəfi vasitəsilə Suriyaya təqdim olunub.
.