"Nə qədər ki, Vaşinqton Kiyevi silahla təmin edir, Rusiya ABŞ-la Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqaviləni (START) müzakirə etmək niyyətində deyil".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova vurğulayıb ki, Moskva START müqaviləsini yüksək qiymətləndirir.

“Müqavilə Rusiya və Amerikanın qarşılıqlı maraqlarına cavab verir, lakin onun müzakirəsi üçün müvafiq şərtlər olmalıdır”, o deyib.

.