ABŞ-ın Rusiyanın daxili işlərinə və seçki proseslərinə müdaxiləsi sənədləşdirilib.

"RİA Novosti" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz ABŞ ərazisindən idarə olunan internet platformaları vasitəsilə istifadə edərək daxili proseslərimizə müdaxiləni sübut edən sənədləri qarşı tərəfə təqdim etmişik", - Zaxarova əlavə edib.

Xatırladaq ki, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiyanın daxili işlərinə, yəni seçkilərə müdaxilə səbəbi ilə sentyabrın 10-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı.

ABŞ-dan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

.