Rusiyanın Hərbi Dəniz Qüvvələri Xəzər dənizində hərbi təlimlərə başlayıb. Sentyabrın 10-da Xəzər Donanmasının gəmilər qrupu, Qara Dəniz Donanmasının dəniz aviasiyası təyyarələri və Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələri dənizə çıxıblar.
Şərti düşmənə fəal müqavimət göstərilməsi xarakterli taktiki təlimlərdə gəmi silahlarının bütün növlərindən istifadə ediləcək.
"Media forum” saytı xəbər verir ki, təlimlərə 15 döyüş gəmisi və təchizat gəmiləri, 50 ədəd hərbi texnika və Xəzər Donanmasının 1000-ə yaxın hərbçisi cəlb olunub.
.