Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə XİN başçısı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Fidanla görüşdə Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə baxılıb.

“Tərəflər arasında etimadın möhkəmləndirilməsi, infrastrukturun, nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə, eləcə də Cənubi Qafqazda “3+3” əməkdaşlıq platforması çərçivəsində birgə fəaliyyətə ayrıca diqqət ayırdıq”, - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov ümumilikdə Fidanla görüşün çox faydalı keçdiyini qeyd edib.

.